Aktiv Boyaq Maddələri
Aktiv boyaq maddələri – molekulunda atom və ya atomlar qrupu saxlayan və boyama zamanı liflərin makromolekullarının funksional qrupları (OH, NH2) ilə möhkəm kovalent rabitə yaradan (məsələn: amid, mürəkkəb efirlər) sintetik boyalar. Aktiv boyaq maddələri rəngin davamlılığını təmin edir. Aktiv boyaq maddələri sellülozlu lif materiallarının, təbii ipək və yunun, az hallarda poliamid liflərin boyanmasında (bəzək vurul masında) geniş istifadə edilir. Aktiv Boyaq Maddələri molekulunda reaksiyaya qabil qruplar (məsələn, 1,3,5 — trixlorazin qalığı, 2,4,6-trixlor və ya 2,4,5,6-tetraxlorpirimidin, 2-bromakrilamid, vinilsulfon qrupu) boyağın rəngini təyin edən xromofor sistemlə əlaqədardır. Reaksiyayaqabil qrupları daxil etməklə rəngi sarıdan qarayadək dəyişən istənilən xromofor sistemli aktiv boyalar almaq olur. Belə ki, aktiv monoazoboyalar sarı, yaşıl və qırmızı, antraxinonlu Aktiv Boyaq Maddələri göy, mis ftalosianın əsasında olan Aktiv Boyaq Maddələri isə füruzəyi rənglərə boyayır. Sellülozlu lifli materiallar üçün xlortriazinli, xlorpirimidinli, vinilsulfonlu Aktiv Boyaq Maddələri daha çox tətbiq edilir. Dixlortriazinli Aktiv Boyaq Maddələri (məsələn, formul I) başlıca olaraq monoazoboyaların və ya onların metallarla komplekslərinin sianurxloridlə emalından (formul II), həmçinin 1-amino-4 — brom-antraxinon 2-sulfoturşunun (formul III) aromatik diaminlərlə arilaminləşmə məhsullarından alınır. Monoxlortriazin Aktiv boyaq maddələri (məsələn, formul IV) dixlortriazinli Aktiv boyaq maddələrində xlor atomlarının amin və ya alkoksi qrupla əvəz edilməsindən alınır. Pirimidinli Aktiv Boyaq Maddələri, məsələn, dixlorpirimidinli Aktiv boyaq maddələri (formul V) triazinlərə analoji olaraq 2,4,6-trixlor və ya 2,4,5,6-tetraxlorpirimidindən istifadə edilərək alınır.